İranda ötən sutka ərzində 1 905 nəfər koronavirusa (COVID-19) yoluxub, 53 nəfər ölüb.
"Unikal"ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.
Bununla da İranda bu virusdan ölənlərin sayı 131 527 nəfərə, yoluxanların sayı isə 6 190 762 nəfərə çatıb. Virus daşıyıcılarından 2 732 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
İranda indiyədək 6 032 615 nəfər koronavirusdan sağalıb, 41,7 milyondan çox diaqnoz testi həyata keçirilib.
Ümumilikdə, İranda 118 milyondan çox vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 59,7 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 51,6 milyon, üçüncü mərhələ üzrə vaksinasiya olunanların sayı 7,13 milyon təşkil edir.