İran Ermənistanın Zəngəzur bölgəsinin Qafan rayonunda konsulluq açmağı planlaşdırır.
"Unikal" xəbər verir ki, bu barədə İranın dövlət xəbər agentliyi "İRNA" məlumat yayıb.
Bildirilir ki, İran hökuməti dekabrın 29-da keçirilən iclasda Xarici İşlər Nazirliyinin Qafan şəhərində konsulluğun açılması ilə bağlı təklifini bəyənib.