“Virus hər zaman mutasiyaya uğrayır. Yeni ştam əvvəlkindən yoluxuculuq qabiliyyətinin sürətinə görə fərqlənir”.

"Unikal" xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.

Onun sözlərinə görə, “Delta” ştamı bugünkü yoluxma rəqəmlərini verir: “Digər ölkələrdə “Omikron” ştamına yoluxma halları var və sürətlə yayılır. Təbii ki, bu ştam Azərbaycana da gələcək. Ona görə də əlavə qoruyucu üsul icad olunmayıb. Əhali məsuliyyətli olmalıdır, qaydalara ciddi əməl olunması, qapalı mühitlərdə mümkün qədər az toplaşması, maska istifadəsi, otaqlarda havaların tez-tez dəyişməsi mütləqdir".

T.Eyvazov bildirib ki, vaksinasiya prosesində iştirak və buster dozanın vurulması tövsiyə olunur: "Vaksinasiya nəticəsində formalaşan süni immunitetin artması ölüm və yoluxma sayının azalmasına şərait yaratmış olar".