Hərbi qulluqçuların döyüş hazırlığını yoxlamaq üçün Müdafiə Nazirliyinin rəhbərliyi işğaldan azad olunmuş ərazilərə 30 dəfə səfər edib. Bunu Müdafiə Nazirliyində ilin yekunlarına dair keçirdiyi brifinqdə nazirliyin mətbuat xidmətinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib.

"Unikal" xəbər verir ki, qurum rəsmisi bildirib ki, carı ildə işğaldan azad olunan ərazilərdə minalanmış ərazilərin təmizlənməsi və təhlükəsizliyin təmin olunması istiqamətində işlər aparılıb.

Aparılan işlər nəticəsində azad olunmuş ərazilərdə 17 mindən artıq mina zərərsizləşdirilib.