Ermənistan Zəngəzur dəhlizinin ölkə ərazisindəki sahəsinin tikintisinin hazırlığına başlayır.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
"TASS"ın məlumatına görə, o bildirib ki, Ermənistan hökuməti Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun Mehri sahəsinin tikintisi üzrə hazırlıq işlərinə başlayır.
N.Paşinyan əlavə edib ki, regional kommunikasiyaların açılması böyük imkanlar təqdim edir.