Türkiyədə yayımlanan "Kalp yarası" serialının heyətinə yeni aktrisa daxil olub.

"Unikal" xəbər verir ki, ekran işində Nilsu Berfin Aktaş rol alacaq. O, 28-ci bölümdə ekranda görünəcək.

Qeyd edək ki, serialın baş rollarını Gökhan Alkanla Yağmur Tanrısevsin paylaşır. Ekran işi Yeni il səbəbi ilə 2 həftə yayımlanmayacaq.
Nilsu sonuncu dəfə erkən final qərarı alan "Benim hayatım" serialında rol alıb.