Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya Federasiyası və ABŞ liderləri Vladimir Putinlə Cozef Bayden arasında telefon danışığı planlarını təsdiqləyib.
“Unikal” bu barədə “RİA Novosti”yə istinadən xəbər verir.
Qeyd edək ki, bundan əvvəl Ağ Ev iki lider arasında telefon danışığının dekabrın 30-da baş tutacağını açıqlayıb.
“Həqiqətən də, Putinlə ABŞ Prezidenti arasında telefon danışığı sabah axşama planlaşdırılıb”, - Peskov bildirib.