İndoneziyanın Maluku əyalətinin cənub sahillərində 7,4 bal gücündə zəlzələ baş verib.
"Unikal" xəbər verir ki, İndoneziya Meteorologiya, Klimatologiya və Geofizika Agentliyi tərəfindən edilən açıqlamada, ölkənin şərqindəki Maluku əyalətinin cənub sahilində yerli vaxtla saat 01:25-də 7,4 bal gücündə zəlzələnin baş verdiyi qeyd olunub.
Zəlzələnin episentrinin Maluku əyalətinin Cənub-Qərbi Maluku Regency şəhərindən 45 kilometr şimal-qərbdə olduğu bildirilib.