Ermənistanın keçmiş xarici işlər naziri Ara Ayvazyan və onun iki keçmiş müavini Artak Apitonyanla Qaqik Qalaçyan yenidən aktiv siyasətə qayıdırlar.
"Unikal" xəbər verir ki, bu barədə "Hraparak" qəzeti yazıb.
Nəşrin məlumatına görə, “Ameriabank”ın təsisçisi olan Ara rusiyalı milyarder iş adamı Ruben Vardanyanla əməkdaşlığa başlayıb. Həmçinin qəzet bildirir ki, keçmiş yüksək rütbəli diplomatlar artıq Vardanyanın yanında işləyirlər. Hətta keçmiş xarici işlər naziri “Həyat naminə ölkə” partiyasına sponsorluq edir.
Qeyd edək ki, Ayvazyanın özü qəzet müxbiri ilə söhbətində belə bir faktı təsdiqləməsə də, iri biznesmenlə əməkdaşlıq barədə məlumatı təkzib etməyib.
Gülayə Mecid