Ermənistanda son sutka ərzində daha 89 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.

"Unikal" xəbər verir ki, yoluxanların ümumi sayı 344 826 nəfərə çatıb.

Ermənistanda koronavirusdan bir gündə 7 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 7 968-ə yüksəlib. Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 1 505 nəfərdir. Aktiv xəstələrin sayı 4 005 nəfər təşkil edir.