Milli Məclisin bu gün keçirilən plenar iclasında “Media haqqında” qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.
"Unikal" xəbər verir ki, qanun layihəsi barədə parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc məlumat verib.
Qeyd olunub ki, qanun layihəsi media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, həmçinin kütləvi informasiyanın əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımının ümumi qaydalarını müəyyən edir.
Layihə 9 fəsil 78 maddədən ibarətdir.
Müzakirələrdən sonra qanun layihəsi III oxunuşda səsverməyə çıxarılaraq qəbul edilib.
Anar Kəlbiyev