Rusiyada son sutka ərzində daha 21 073 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.
"Unikal" xəbər verir ki, Rusiyada COVID-19-a yoluxanların sayı 10 479 344 nəfərə çatıb.
Son sutka ərzində 926 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 307 948 nəfərə çatıb.
Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə ABŞ, Almaniya, Böyük Britaniya və Fransadan sonra beşinci yerdə gəlir.