Pekin ABŞ-ın 2022-ci il Müdafiə Büdcəsi Qanununu qəbul etdikdən sonra Vaşinqtonu Çinə qarşı düşmənçilik siyasətinə son qoymağa çağırır.
"Unikal" xəbər verir ki, bu barədə Çin Müdafiə Nazirliyinin sözçüsü Tan Kefei cümə axşamı keçirdiyi brifinqdə bildirib.
"Birləşmiş Ştatlar bu yaxınlarda Çinlə bağlı bir sıra mənfi maddələri ehtiva edən 2022-ci il üçün Milli Müdafiə Qanununu təqdim edib. Qanun Soyuq Müharibə zehniyyəti və ideoloji ön mühakimələrlə doludur. Çinin milli müdafiə siyasətini və hərbi inkişafını gözdən salır, Tayvan və Sincan məsələsində Çinə qarşı əsassız tənqidləri ehtiva edir", - deyə Tan Kefei qeyd edib.
Ağarza Elçinoğlu