“Rusiya Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasına aktiv şəkildə kömək edir”.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) cari ilin yekunlarna dair hesabatında deyilir.
"Rusiya Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasına kömək etmək, Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiyası və demarkasiyası üzrə ikitərəfli komissiyanın yaradılması daxil olmaqla, Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin açılması kimi məqsədlərin həyata keçirilməsində fəal olub", - açıqlamada vurğulanıb.