"Neftçi" futbol klubu müdafiəçisi ilə yollarını ayırıb.
"Unikal" xəbər verir ki, "ağ-qaralar" müdafiəçisi Romen Baskla müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib.
"Neftçi" rəhbərliyi futbolçuya təşəkkür edərək, gələcək karyerasında uğurlar arzulayıb.
Qeyd edək ki, bu ilin yayında “Neftçi”yə transfer olunmuş Bask 12 oyunda meydana çıxıb.