Ermənistan hökumətinin 2021-ci ildəki sonuncu iclasının gündəliyinə Türkiyə istehsalı olan mallara embarqonun uzadılması məsələsi salınmayıb. 

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan İqtisadiyyat Nazirliyinin “Facebook” səhifəsində bildirilib. 

Bununla da 2022-ci il yanvarın 1-dən Türkiyə mallarına qarşı məhdudiyyətlər aradan qaldırılacaq.

Qeyd edək ki, Ermənistan hökuməti Türkiyə istehsalı olan malların ölkəyə buraxılmaması barədə qərarı 2020-ci il oktyabrın 20-də verib. Qərar 2021-ci il yanvarın 1-dən qüvvəyə minib, daha sonra yayda qərar dekabrın 31-nə qədər uzadılıb.