Rusiyada epidemioloji vəziyyətin sabitləşməsi fonunda Yeni il üçün məhdudiyyətlər yumşaldılıb.
"Unikal" xəbər verir ki, ölkənin bölgələrində bir çox ticarət mərkəzləri, restoranlar, teatrlar, kinoteatrlar, kitabxanalar, muzeylər və idman obyektləri açıqdır.
2021-ci il dekabrın 31-dən 2022-ci il yanvarın 9-dək ölkədə qeyri-iş günləri elan edilib.
Rusiyanın bir çox şəhərlərində, o cümlədən Moskvada müxtəlif əyləncə proqramları təşkil olunacaq,
Moskvada Yeni il gecəsi atəşfəşanlıqla qarşılanacaq, paytaxtın müxtəlif rayonlarında yarmarkalar təşkil olunub.