Gürcüstanda son sutkada koronavirusa 2 100 yeni yoluxma halı qeydə alınıb, 2 251 nəfər müalicə olunaraq sağalıb, 42 pasiyent ölüb.
"Unikal" xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Pandemiya başlayandan bu günədək qonşu ölkədə COVID-19-a 934 741 nəfər yoluxub. Onların 895 315-i sağalıb, 13 800-ü isə vəfat edib.