Ermənistanda yeni növ koronavirusa (COVİD-19) yoluxanların sayı 344 930 nəfərə çatıb.
"Unkal" erməni mətbuatına istinadən xəbər verir ki, ötən sutka ərzində daha 104 nəfər COVİD-19-a yoluxub, 4 nəfər ölüb.
Bununla da Ermənistanda koronavirusdan ölənlərin sayı 7 972 nəfərə çatıb. Koronavirusa yoluxan və digər səbəblərdən isə ötən sutka ərzində ölən olmayıb. Hazırda koronavirusa yoluxan və digər səbəblərdən ölənlərin sayı 1 505 nəfərdir.