Koronavirusun yayılmasının qarşısını almaq məqsədilə 2022-ci il yanvarın 5-dən etibarən əcnəbi vətəndaşların Kubaya giriş qaydaları sərtləşdiləcək.
"Unikal" TASS-a istinadən xəbər verir ki, ölkəyə səfər edən şəxslər mütləq şəkildə tam peyvənd olunduqlarını sübut edən sənəd və ya ölkəyə daxil olmazdan 72 saat əvvəl alınmış PCR testinin neqativ nəticəsini əks etdirən arayış təqdim etməlidirlər.
Bu qaydalar 12 yaşadək uşaqlara və peyvəndə qarşı əks-göstəriş sənədinə malik yetkinlik yaşına çatmış şəxslərə şamil olunmur.