Rusiyada son sutkada koronavirusdan ölənlərin sayı daha 912 nəfər artaraq 308 860-a yüksəlib.

"Unikal" xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, son bir gündə daha 20 638 nəfərə COVID-19 diaqnozu qoyulub. Bununla da Rusiyada koronavirusa yoluxanların sayı 10 499 982 nəfərə çatıb.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 9 463 919 nəfər sağalıb.