İsrail ABŞ-dan 12 hərbi helikopterin alınması ilə bağlı müqavilə imzalayıb.
"Unikal" xəbər verir ki, məlumatı “news.co” yayıb.
Bildirilib ki, ABŞ-ın “Lockheed Martin” şirkətinin istehsalı olan helikopterlər İsrailin köhnəlmiş “Sikorsky CH-53” (“Yasur”) hücum helikopterlərini əvəzləyəcək.
Məlumata görə, İsrail ABŞ-ın “Boeing” şirkətinin istehsalı olan yeni “KC46” markalı yanacaqdolduran təyyarələr də alacaq.
ABŞ-la İsrail arasında bu anlaşmaların ümumi dəyəri 2 milyard dollara yaxındır.
Helikopterlərin 2026-cı ildə İsrailə gətiriləcəyi gözlənilir.