Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu olan “YAŞAT” Fonduna toplanan vəsait 66 milyon manatı keçib.

"Unikal" xəbər verir ki, Fonda toplanan vəsait 66 340 818.12 manatdır. Həmin vəsaitdən 17 679 568.51 manatı fiziki şəxslər, 48 661 249.61 manatı isə hüquqi şəxslər tərəfindən ödənilib.

Fonda daxil olan vəsaitin 52 658 087.65 manatı xərclənib. Vəsaitin qalığı isə 13 682 730.47 manatdır.

Anar Kəlbiyev