ABŞ-ın Texas ştatında helikopter qəza törədib.

"Unikal"  xəbər verir ki, qəza zamanı 1 nəfər ölüb, pilot və daha iki nəfər isə xəsarət alıb. Bildirilir ki, Bell-206 helikopteri Livinqstonun cənub-şərqindəki meşədə qəzaya uğrayıb.

Qəzanın səbəbləri barədə araşdırma aparılır.