İsrail ABŞ-dan 12 ədəd “Lockheed Martin CH-53K” helikopteri və iki ədəd “Boinq KC-46” təyyarəsi almaq üçün 3,1 milyard dollarlıq müqavilə imzalayıb.
"Unikal" xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlik ilk helikopterlərin ölkəyə 2026-cı ildə gətiriləcəyini bildirib.