Çeçenistan lideri Ramzan Kadırov və onun valideynləri Çeçenistan Respublikasının əməkdar hüquq müdafiəçisi elan ediliblər.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə “Qroznı” televiziyası məlumat yayıb.
Bildirilir ki, qərarı Çeçenistanın insan haqları üzrə müvəkkili Nurdi Nuxajiyev imzalayıb. Ramzan Kadırov çeçen xalqının təbii və ayrılmaz hüquqlarının qorunmasında tarixi xidmətlərinə görə təltif edilib.