İraqın Babil əyalətində bir ailənin 20 üzvü evdə ölü tapılıb.
"Unikal" xəbər verir ki, təhlükəsizlik qüvvələri axtarışda olan şəxsin həmin evdə gizləndiyini müəyyənləşdirib. Evin sahibi təhlükəsizlik qüvvələrinin əməkdaşlarına atəş açıb, iki hərbçi yaralanıb. Ev mühasirəyə alınıb. Təhlükəsizlik qüvvələri evə daxil olan zaman isə ailənin 20 üzvünü ölü tapıblar.
İraq KİV-ləri terrorizmlə bağlı axtarışda olan 4 kişinin öncə ailə üzvlərini, daha sonra isə özlərini güllələdiklərini yazıb. Qətlə yetirilənlər arasında qadınlar və uşaqlar var.
Ev sahibinin bacısı isə "Rudaw" telekanalına açıqlamasında evdə olan qohumlarının təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticəsində öldüyünü bildirib.
Babil əyalətinin qubernatoru Hasan Mandil as-Saryavi ailə üzvlərinin ölümünün səbəbini müəyyənləşdirmək üçün komissiya yaradılması barədə əmr verib.