Bu yaxınlarda Əfqanıstanda qadınların təkbaşına səyahətinə qadağa qoyan “Taliban” mağazalarda manikenlərin “başını kəsmək” qərarı verib.
"Unikal" xəbər verir ki, bu barədə Mənəvi Təbliğ və Əxlaqsızlığın Qarşısının Alınması Nazirliyi və Herat vilayətində yerli “Taliban” administrasiyası tərəfindən açıqlanan qərarda bildirilib.
Heratdakı nazirlik rəsmisi Əziz Rəhman manikenləri “heykəllər” kimi təsvir edib və bu manikenlərin bütləşdirilə biləcəyini deyib.
Mağazaların etirazlarına baxmayaraq, nazirlik əməkdaşı manikenlərin “başının kəsilməsini” əmr edib və əmrə əməl olunmayacağı təqdirdə ciddi cəzaların veriləcəyi barədə xəbərdarlıq edib.