Ukrayna prezidenti Volodimir Zelenski yanvarın 2-də ABŞ Prezidenti Co Baydenlə danışıq aparacaq.
"Unikal" bu barədə Ukrayna rəhbəri şəxsi Twitter hesabında məlumat verib.
Zelenski bildirib ki, ABŞ Ukraynanın strateji tərəfdaşıdır. Bazar günü keçiriləcək danışıqların məqsədi Ukraynada sülh və Avropada təhlükəsizlik naminə atılacaq addımları koordinasiya etməkdir.