75 yaşlı ustad sənətçi Ajda Pekkan imicini dəyişib.
"Unikal" xəbər verir ki, müğənni Yeni il gecəsini səhnədə qarşılayıb. Çəhrayı kostyuma üstünlük verən Pekkanı görənlər parikinə və üzündəki dəyişikliklərə görə onu tanımaqda çətinlik çəkib.
Superstarın bu dəyişikliyi hər kəsin marağına səbəb olub. Belə ki, izləyicilər onu gəlinciyə bənzədiblər.