Milli Məclis əsgərlik yaşını artırmağa razı olmadı
15:25 19-02-2013
CƏMİYYƏT
Azərbaycanda hərbi xidmət yaşının artırılması barədə təklifi məqbul saymayıb
Azərbaycanda hərbi xidmət yaşının 19 və ya 20-yə qaldırılması ilə bağlı silahlı birləşmələrə malik güc strukturları tərəfindən Milli Məclisə göndərilən təkliflər müsbət qarşılanmayıb.
Parlamentdən verilən məlumata görə, təkliflər artıq geri qaytarılıb.
Təklifin “Hərbi xidməti keçmə” haqqında qanuna salınması parlamentin Təhlükəsizlik və müdafiə komitəsində məqbul hesab edilməyib. “Milli Məclisin müvafiq komitəsi yaxın vaxtlarda ümumiyyətlə bu məsələni müzakirəyə çıxarmağı real hesab etmir”, - deyə parlamentdən bildirilib.
Qeyd edək ki, ötən ay Silahlı Qüvvələrdə və digər hərbi strukturlarda hərbi xidmət yaşının 19 və ya 20-yə qaldırılması ilə bağlı parlamentə təkliflərin təqdim olunacağı açıqlanmışdı.
Digər Xəbərlər
2025-02-23 23:18:42

2025-02-23 22:10:22

2025-02-23 20:02:18

2025-02-23 19:34:38

2025-02-23 19:22:50
2025-02-23 18:27:34

2025-02-23 17:08:42

2025-02-23 16:50:09

2025-02-23 16:41:33

2025-02-23 16:25:47

2025-02-23 16:13:37

2025-02-23 15:53:41

2025-02-23 15:22:37

2025-02-23 15:05:37

2025-02-23 15:03:00

2025-02-23 14:28:41

2025-02-23 13:07:15

2025-02-23 12:35:32

2025-02-23 12:21:47
.jpeg)