Ermənistanda əsgər yoldaşını başından güllələməkdə şübhəli bilinən hərbçi haqqında həbs qətimkan tədbiri seçilib.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistan Hərbi İstintaq İdarəsi məlumat yayıb.
Bildirilib ki, sözügedən şəxs əsgər yoldaşını 31 dekabr 2021-ci ildə başının sağ qaş nahiyəsindən güllələyib. Movses Tadjosyan xəstəxanaya aparılarkən yolda keçinib.
Şübhəli haqqında ER Cinayət Məcəlləsinin 104-cü maddəsinin 1-ci hissəsi ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı araşdırma aparılır.
Ağarza Elçinoğlu
***10:35
Ermənistan Silahlı Qüvvələrinin əsgəri döyüş postunda qətlə yetirilib.
"Unika"ın "Sputnik Armenia”ya istindən verdiyi xəbərə görə, hadisə dekabrın 31-də, Vayotzor vilayətində baş verib.
18 yaşlı Movses Tadevosyan başından yaralanıb. O, hospitala aparılarkən yolda keçinib.
Tadevosyanla bir postda olmuş əsgər yoldaşı qətldə şübhəli bilinərək saxlanılıb.