Türkiyəli aktyor Tolqahan Sayışman son halı hər kəsin təəccübünə səbəb olub.
"Unikal" xəbər verir ki, aktyor "Aynasız" filmi üçün obyektiv qarşısına keçib. Belə ki, ekran işində "Efehan" ve "Haluk" rolunu canlandıracaq Tolqahan obraz üçün özəl hazırlıqdan sonra saqqallı və kök hala bürünüb.Çəkiliş zamanı aktyoru görən antalyalılar onu tanımaqda çətinlik çəkiblər.
Tolqahanın bu halı sosial şəbəkədə də gündəm olub.