Türkiyəli məşhur müğənni Ebru Gündeşin Seren Serengilin keçmiş həyat yoldaşı Yaşar İpəklə eşq yaşadığı iddia edilib.
"Unikal" xəbər verir ki, Türkiyə mətbuatında gündəmə səbəb olan xəbərlərdən sonra Seren Serengil bununla bağlı açıqlama verib. Aparıcını sözlərinə görə, Yaşarla Ebru sevgili deyil:
"Yayılan xəbərlər əsassızdır. Ebru Gündeş kasıba birinə baxmaz", - deyə ifadə edib.
Bu xəbərlərdən sonra Yaşar İpek eşq iddiasını təkzib edib. Lakin Ebrudan hələlik bir açıqlama gəlməyib.
Qeyd edək ki, müğənni azərbaycan əsilli iş adamı Rza Zərrabla evli olub. Onların bu izdivacdan bir qız övladları var.