Müğənni Rəqsanə İsmayılovanın qızı Aysun İsmayılova evlilik təklifi alıb.
"Unikal" xəbər verir ki, müğənni bu barədə "Instagram" hesabında paylaşım edib. Belə ki, Aysun sosial şəbəkə hesabında nişan üzüyünün görüntülərini yayımlayaraq sevdiyi insandan evlilik təklifi aldığını bildirib:
"Bu gün mənim həm doğum günüm, həm də həyatımın ən gözəl günüdür. Bu dəqiqə həyatımın adamından evlilik təklifi aldım. Ömrümün sonuna qədər sənə "Hə" deyirəm. Çox xoşbəxtəm, ruh əkizim. Yaxşı ki, varsan! 2022-ci il ilk günündən mənə çox uğur gətirdi. Subaylığın daşını atdım. Allah bütün subaylara qismət etsin".