Gürcüstanda ötən sutka ərzində koronavirusa 4 234 yeni yoluxma halı təsdiqlənib, 1 727 nəfər müalicə olunaraq sağalıb, 46 pasiyent vəfat edib.
"Unikal" xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Pandemiya başlayandan bu günədək qonşu ölkədə COVID-19 infeksiyası 953 410 nəfərdə aşkarlanıb. Onların 910 540-ı sağalıb, 14 128-i isə dünyasını dəyişib.