İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların aşkar edilərək götürülməsi istiqamətində növbəti əməliyyat tədbiri keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan "Unikal"-a verilən məlumata görə, Xanagah kənd sakini Fərhad Bünyatovdan müvafiq sənədləri olmayan “İJ” markalı ov tüfəngi aşkarlanaraq götürülüb.
Onun barəsində protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib.