Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu tələbələri və Çin dili kurslarının dinləyicilərini Çin və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illik yubileyinə həsr olunmuş “Azərbaycan və Çin: 30 illik dostluq və əməkdaşlıq” mövzusunda inşa müsabiqəsinə dəvət edir.

Universitetdən "Unikal"a verilən məlumata görə,  müsabiqəyə azərbaycan, çin, ingilis və rus dillərində yazılmış fərdi inşalar qəbul edilir. İnşalar ədəbi-bədii məzmununa və orijinallığına əsasən qiymətləndiriləcək. Çin dilində olan inşalar qiymətləndirilərkən dil biliyinin səviyyəsi də nəzərə alınacaq.

Müsabiqə iştirakçılarının işləri mart ayının 1-dək [email protected] elektron poçt ünvanında qəbul edilir.

Qaliblər üç dərəcə üzrə diplom və qiymətli hədiyyələrlə mükafatlandırılacaqdır.

Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov bildirib ki, müsabiqənin keçirilməsində məqsəd tələbələrin elmi-tədqiqat potensialını inkişaf etdirmək və Azərbaycan-Çin dövlətləri arasında siyasi, iqtisadi və mədəni əlaqələrin tarixinə marağı dəstəkləməkdir.