Belarus prezidenti Aleksandr Lukaşenko və Çin Xalq Respublikasının sədri Si Cinpin telefonla danışıb.
"Unikal" xəbər verir ki, danışıq zamanı Qazaxıstandakı vəziyyəti, orada KTMT sülhməramlılarının mövcudluğu və bu təşkilatın sammitinin nəticələri müzakirə edilib.
"Bu gün Belarus Prezidenti Aleksandr Lukaşenko ilə Çin Xalq Respublikasının sədri Si Cinpin arasında telefon danışığı olub. Hazırkı beynəlxalq gündəmə toxunan Belarus Prezidenti və Çin Xalq Respublikasının sədri ölkədəki vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar", - Belarus mətbuat xidməti bildirib.
Ağarza Elçinoğlu