"Erməni iş adamları İrana getmək üçün azərbaycanlılara gömrük rüsumu ödəyir".
"Unikal" xəbər verir ki, bu barədə “Joqovurd” qəzeti yazıb. Hətta nəşr bununla bağlı çekin fotosunu yayımlayıb.
Bidirilir ki, Azərbaycan gömrük məntəqəsi tərəfindən verilən çekdə erməni iş adamları tərəfindən malların daşınması ilə məşğul olan fars sürücülər Gorus-Qafan yolunun azərbaycanlıların nəzarətində olan hissəsindən istifadə etməkdə davam edirlər və bunun üçün azərbaycanlılara 130 dollar ödənilir.
Məsələ ilə bağlı “Joqovurd” qəzeti azərbaycanlıların gömrük rüsumlarına qədər pul ödədiyini öyrənmək üçün iqtisadiyyat naziri Vaan Kerobyanla əlaqə saxlayıb.
Nazir ermənilərin Gorus-Qafan yolunu keçdikləri üçün vergi ödədiklərini təsdiqləyib.
“Ola bilsin ki, bu, baş nazir Nikol Paşinyanın qeyd etdiyi sülh dövrünün başlanğıcıdır, o zaman soydaşlarımız artıq azərbaycanlıların büdcəsini zənginləşdirir”, - deyə son olaraq nazir qeyd edib.
Gülayə Mecid