İngiltərənin gözəllik kraliçası "Suriyada doğulduğuna görə" ABŞ-a giriş qadağan edilib.
"Unikal" xəbər verir ki, Leen Klayv ABŞ-da irqçi münasibətlə üzləşdiyini ifadə edərək, viza ala bilmədiyini açıqlayıb. O, "Miss World" müsabiqəsinə qatılmaq üçün Amerikaya yola düşüb. Lakin 29 yaşlı Klayv ABŞ-a buraxmayıblar.
Britaniya Milli Səhiyyə Sisteminin həkimi olan gözəllik kraliçası bunula bağlı BBC-yə müsahibə verib.
"Mən Britaniya pasportu ilə müraciət etdim. Suriyada doğulsam da mən Böyük Britaniyanı təmsil edirəm və Britaniya vətəndaşıyam, ona görə də ABŞ tərəfindən rədd ediləcəyimi bilmirdim”.
Gülayə Mecid