Gülər Əhmədova Bakı İstintaq Təcridxanasının Tibb-sanitar hissəsinə köçürüldü
10:36 20-02-2013
CƏMİYYƏT
Ombudsman nümayəndələri sabiq deputatla görüşüblər
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən Ombudsmanın İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun (MPQ) üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında (BİT) təqsirləndirilən şəxs qismində saxlanılan Gülər Əhmədova ilə görüşüblər.
Ombudsman Aparatının mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, görüşün məqsədi onun saxlanma şəraitinin, ona qarşı rəftarın və vəziyyətinin araşdırılması olub.
Ombudsman Aparatının əməkdaşları G. Əhmədova ilə İstintaq Təcridxanasının Tibb-sanitar hissəsində kamerada görüşüblər. O, saxlanma şəraitindən və müəssisə əməkdaşlarının ona qarşı rəftarından hər hansı narazılıq etməyib, vəkili ilə maneəsiz və məhdudiyyətsiz görüşünə şərait yaradıldığını, eyni zamanda səhhətində müəyyən problemlərin olduğunu bildirib.
Söhbət zamanı Tibb hissəsinin rəisi G.Əhmədovanın səhhəti ilə bağlı qaldırdığı məsələlərin araşdırılması və tibbi müayinədən keçirilməsi məqsədilə tibb-sanitar hissədə saxlanıldığını, ilkin rəyə görə onun səhhətində hər hansı bir ciddi problemlərin olmadığını, hal-hazırda müayinələrin davam etdirildiyini bildirib.
Ombudsmanın nümayəndələri İstintaq Təcridxanasının və tibb-sanitar hissəsinin rəhbərliyinə G.Əhmədovanın səhhətinin nəzarətdə saxlanılmasını tapşırıb, eyni zamanda müəssisə rəhbərliyinə müvafiq tövsiyələr veriliblər.
Digər Xəbərlər
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22
2024-11-23 14:14:36
2024-11-23 12:58:51
2024-11-23 12:44:50