Gürcüstanın Saqareco bələdiyyəsinin Yormuğanlı kənd sakini 42 yaşlı Nazim Nəbiyev itkin düşüb.

"Unikal" xəbər verir ki, bu barədə yerli mətbuat yazıb.

Soydaşımızın yaxınları bildiriblər ki, N.Nəbiyev yanvarın 4-də evdən çıxıb və mal-qara almaq üçün başqa rayona yollanıb. Həmin gündən ondan xəbər almaq mümkün olmayıb.

N.Nəbiyevin itkin düşməsi barədə polisə artıq məlumat verilib. Onun axtarışı aparılır.