Cəlilabadda ünvanlı yardım üsyanı
Rayon sakinləri ƏƏSMM-in yerli şöbəsinin müdiri Mirsüleyman Mirxaslının əlindən qan ağlayırlar
"Ailə vəziyyətimin ağırlığı ilə əlaqədar olaraq 2008-ci ildən sosial yardım almışam. 2008-ci ildə 6 aylıq sosial yardımımın 2 aylığını Cəlilabad rayon Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzi rəhbərliyi mənimsədi. Sonrakı ərəfədə isə 1 illik sənəd qəbulu zamanı sosial yardımımın 4 aylığını özlərinə götürdülər". Bunu Cəlilabad rayonu Ocaqlı kənd sakini Mehrəliyev Niyaməddin Cavad oğlu deyir.
O bildirir ki, adını çəkdiyi idarədə rüşvətxorluq baş alıb gedir. "2011-ci ildə kartımı onlardan aldım. Daha bundan sonra mənim pulumu mənimsəyə bilmədilər. O vaxtdan mənə müxtəlif problemlər yaratmağa başladılar. Mənə deyirlər ki, əvvəllər bizim payımızı vermisən, indi də verməlisən. Prezidentin korrupsiyaya qarşı sərəncamından bu idarənin xəbəri yoxdur. Bəhanə gətirirlər ki, fərdi işlə məşğul olursan. Deyin görək kənd yerində kim fəhləçiliklə məşğul olmur ki? Daimi işlədiyim, maaşlı heç bir işim-zadım yoxdur. İlin 3-4 ayını, əsasən isti havalarda fəhləçilik edib beş-üç manat əldə etməyə çalışıram. İndi onlara pul vermədiyimi görüb bunu bəhanə gətirirlər".
N.Mehrəliyev bildirir ki, 3 aydan çoxdur dalbadal Cəlilabad ƏƏSMM-ə gedib gəlir.
"Buranın müdiri Mirsüleyman Mirxaslını yerində tapa bilmirəm. Hansı işlərlə məşğuldur, baş açmaq olmur. Bu idarədə qayda-qanun yaradın. Ad olub ki, sosial yardım alırıq, ancaq yarısını Mirsüleyman Mirxaslı tutub əlimizdən alır".
Cəlilabad sakini deyir ki, mərkəzin rəhbərliyi istədiyi adama istədiyi şəkildə yardım ayıra bilir.
"Vətəndaş bir az pulu artıq verəndə yüksək faizlə yazırlar, məsələn, 100 manat, 120 manat. Dəxli yoxdur qanunda nə qədərdir, 3 uşağın var ya 5, təki onları görüm-baxım elə. Dedikləri artıq pulu onlara verməyəndə isə az miqdarda, 60-70 manat yazırlar, baxmırlar da ki aztəminatlı ailəsən, 5 uşağının olması da onların vecinə deyil. Bu pulu onlara verməyəndə bəhanə gətirirlər ki, alan, müraciət eləyən çoxdur, pul çatdıra bilmirik. Halbuki rüşvət verəndə maşını, imkanı olana da sosial yardım düzəldirlər".
N.Mehrəliyev sonda qeyd edir ki, Cəlilabadda baş verən bu məsələni rəsmi qurumlar diqqətlə araşdırsınlar. "Bu adam YAP üzvü olmasından istifadə edərək dövlət orqanlarını qulaqardına vurur, öz istədiyi oyunlardan çıxır. Xahiş edirəm yerindəcə yoxlanılsın, düşürsə, mənim sosial yardımıma olan maneə aradan götürülsün. O cümlədən, xahiş edirəm ki, indiyədək Mirsüleyman Mirxaslının mənimsədiyi sosial yardım pullarım geri qaytarılsın".
Cəlilabaddan gələn bir başqa şikayət isə yenə Ocaqlı kənd sakinlərindən birinindir. Həsənov Azadxan Sərdar oğlu yazır ki, uzun müddətdir ki, övladları Həsənov Hikmət, Həsənov Fəzail, Həsənova Xumar, Fərziyeva Elnarə və Hüseynova Səbirənin ailəsinə sosial yardım ala bilmirlər. "Bu idarənin müdiri Mirsüleyman Mirxaslı bizi müxtəlif bəhanələrlə get-gəllərə salır, nomenklatur maneələrlə üz-üzə qoyur. Əhalidən yardım düzəltmək üçün 4 aylığını, bəzən hətta 6 aylığını rüşvət kimi istəyirlər, buna razılıq verənlərə isə saxta yollarla da olursa-olsun, sosial yardım düzəldirlər. Mirsüleyman Mirxaslı faktiki olaraq bu gün rayonda dəllalıqla məşğuldur".
Cavid Qarabağlı
Digər Xəbərlər
2025-03-02 00:28:00

2025-03-01 22:04:00
.jpg)
2025-03-01 20:44:14

2025-03-01 20:34:59

2025-03-01 19:18:33

2025-03-01 19:11:00

2025-03-01 15:50:00

2025-03-01 15:44:48

2025-03-01 15:00:00

2025-03-01 14:00:00

2025-03-01 13:29:33
.jpeg)
2025-03-01 12:52:01

2025-03-01 12:32:00

2025-03-01 12:25:12

2025-03-01 12:13:00

2025-03-01 12:00:00

2025-03-01 11:31:00

2025-03-01 11:04:59
