Türkiyənin ən reytinqli seriallarından biri olan "Sadakatsız"ın baş obrazı Cansu Dere kosmetika brendlərindən birinin siması seçilib.
"Unikal" xəbər verir ki, aktrisa reklam çəkilişindən 2 milyon lirə (təxminən 254 min 600 manat) qazanıb.
Qeyd edək ki, bir neçə gün əvvəl Cansu Derenin amerikalı dünya çempionu, qılıncoynadan Maylz Çemli-Uotsonla eşq yaşadığı üzə çıxıb.