Türkiyənin ən məşhur simalarından biri olan Acun Ilıcalı həyatı ilə bağlı İngiltərə mətbuatı "DailyMail"ə danışıb.
"Unikal" xəbər verir ki, ötən günlərdə ''Hall Siti''ni satın alan Acun Ilıcalı şəxsi həyatı ilə bağlı səmimi və diqqətçəkən açıqlamalar verib.
O, həyatını seriala bənzədib:
"Şəxsi həyatım iki-üç mövsüm serial ola bilər. 2018-ci ildə Şeyma Subaşı ilə boşandıqdan sonra Ayça Çağla Altunkaya ilə eşq yaşamağa başladım. Şəxsi həyatım bir az maraqlı olduğundan, Türkiyədə 10 il dalbadal ən çox xəbərlərə çıxan şəxs mənəm".
Acun Ilıcalı açıqlamasına belə davam edib:
"20 yaşımda ailə qurdum. 21 yaşımda ata oldum. 22 yaşımda valideynlərimi avtomobil qəzasında itirdim. Qızım maşında idi. 15 sınıq sümüklə sağ qaldı. 23 yaşım olanda motosiklet qəzasına düşdüm. Dostum yanımda idi. O, dünyasını dəyişdi. 24 yaşımda müflis oldum və işim yox idi. Neqativ biri olmuşam".
Gülayə Mecid