Türkiyəli aktrisa-müğənni Öykü Gürman ikinci dəfə ailə həyatı qurur.
"Unikal" xəbər verir ki, aktrisa 4 ildir münasibətdə olduğu Fatih İçmelidən Parisdə olarkən evlilik təklifi alıb. Həmin anın görüntülərini sosial media hesabında paylaşaraq ona "hə" cavabı verdiyini açıqlayıb.
Qeyd edək ki, bu, Öykünün ikinci evliliyi olacaq. O, bundan əvvəl 2016-cı ildə müğənni Yavuz Bingöllə ailə həyatı qurub. Cütlük 8 aydan sonra boşanıb.