“Azadlıq” qəzetini 32 min manat cərimələyən məhkəmə qərarı qüvvədə qaldı
11:05 20-02-2013
CƏMİYYƏT
Fevralın 19-da Bakı Apellyasiya Məhkəməsi “Azadlıq” qəzeti əleyhinə qərar qəbul edib. Yuxarı məhkəmə Yasamal Rayon Məhkəməsinin “Binə” Ticarət Mərkəzinin rəhbəri Kəbirə Məmmədovanın iddiası əsasında çıxardığı qərarı qüvvədə saxlayıb. Qərara əsasən, “Azadlıq” qəzeti və onun əməkdaşı Ramin Deko Kəbirə Məmmədovaya 32 min manat ödəməlidir.
Məlumatı yayan Media Hüququ İnstitutu bildirir ki, bu, “Azadlıq” qəzetinə və onun əməkdaşlarına qarşı çıxarılan yeganə qərar deyil: “Son aylarda yerli məhkəmələr Bakı Metropoliteninin rəisi Tağı Əhmədovun, deputat Novruzəli Aslanovun, iş adamı Anar Məmmədovun iddiaları əsasında qəzet və onun əməkdaşlarını yüksək məbləğdə cərimələyiblər. Qəzetin üzərinə qoyulan cərimələrin məbləği 70 min manatdan artıqdır”
Digər Xəbərlər
2025-02-23 23:18:42

2025-02-23 22:10:22

2025-02-23 20:02:18

2025-02-23 19:34:38

2025-02-23 19:22:50
2025-02-23 18:27:34

2025-02-23 17:08:42

2025-02-23 16:50:09

2025-02-23 16:41:33

2025-02-23 16:25:47

2025-02-23 16:13:37

2025-02-23 15:53:41

2025-02-23 15:22:37

2025-02-23 15:05:37

2025-02-23 15:03:00

2025-02-23 14:28:41

2025-02-23 13:07:15

2025-02-23 12:35:32

2025-02-23 12:21:47
.jpeg)