Məşhur "Klon" serialının aktrisası Fransuaza Forton 63 yaşında dünyasını dəyişib.
"Unikal" xəbər verir ki, aktrisa xərçəng xəstəliyindən vəfat edib. Aktrisanın uşaqlıq boynu xərçəngi ilə mübarizə apardığı və son 4 aydır ki, klinikada müalicə aldığı bildirilib.
Qeyd edək ki, F.Forton 50 illik karyerası ərzində 40-dan çox seriala çəkilib. Bunlardan biri də "Klon" serialı olub. Aktrisa ekran işində "Simon" obrazına həyat verib. Ümumilikdə o, 2019-cu ilə qədər işləməyə davam edib.