Aparıcı Elgiz Əkbərin başına iş gəlib.
"Unikal" xəbər verir ki, o, həftəsonu yediyi balıqdan zəhərləndiyini "Elgizlə izlə" proqramında deyib.
"Üstümə iki dəfə təcili yardım gəldi. Qəfildən başımdan ağrı qalxdı, təzyiqim 180-ə qalxdı. Az keçmədən 200 oldu. Təcili yardım gəldi, mədəmi yudular. Məlum oldu ki, balıqdan zəhərlənmişəm. Balığı bizə kim gətirmişdi deməyəcəm. Pərvanə (aparıcı - Pərvanə Tahirqızı) və Şəfiqə xanım (vəkil Şəfiqə Nağıyeva) da yemişdi. Onlar da pis olub. Balığı gətirən özü yemədi, dostumuzdur", - deyə Elgiz əlavə edib.